İraqda 3 ildə 1000-dən çox uşaq öldürülüb -UNİCEF

İraqda 3 ildə 1000-dən çox uşaq öldürülüb -UNİCEF

UNİCEF 2014-cü ildən bəri 1000-dən çox uşağın öldürüldüyünü, 1100 uşağın da yaralandığını açıqlayıb. UNİCEF-ə görə hazırda 5 milyondan çox uşaq təcili yardım gözləyir.
 
ABŞ-ın rəhbərliyi ilə koalisiyanın əməliyyatları zamanı Mosulda uşaqların qəsdən hədəf alınaraq öldürülüb. Bildirilir ki, İŞİD bu üsulla şəhərdən qaçmaq istəyən ailələri cəzalandırmaq istəyirmiş. UNİCEF bildirir ki, 4650 uşağı İŞİD ailəsindən qopardıb. Zorakılığın ən pis həddi kimi dəyərləndirilən İŞİD müdaxiləsindən zərər görən uşaqlara yardım çağrışı edilib. Mosulun qərbindəki travma mərkəzlərində yardım alanların yarıdan çoxu uşaqlardır. İraqda 800-dən çox uşaq valideynlərindən ən az birini itirib. 
 
Beynəlxalq təşkilatlar yarısı uşaq olan 100 min nəfər insanın hazırda İŞİD-in əlində olan ərazidə əsir vəziyyətdə olduğunu bildirir. (islaminsesi) /

Google+ WhatsApp ok.ru