İraqda 4 minə yaxın insan içməli sudan zəhərlənib

İraqda 4 minə yaxın insan içməli sudan zəhərlənib

İraqın Bəsrə əyalətində 4 min nəfərə yaxın insan içməli sudan zəhərlənib.
 
Maide.Az bildirir ki, bu barədə Bəsrənin Səhiyyə Departamentinin bəyanatında deyilir.
 
"Bəsrənin Səhiyyə Departamenti elan edib ki, təqribən 4 min nəfər hökumətin əyalətdə içməli su probleminin həlli üçün ayırdığı maşınların gətirdiyi çirklənmiş sudan içdikdən sonra zəhərlənib", — deyə məlumatda bildirilir.
 
İraqda İnsan Haqları Ali Komissarlığı avqustun  23-də  İraq federal hökumətə  müraciət edib. Müraciətdə  Bəsrə əyalətini  havanın həddən artıq çirkli olması,  suyunun şor olması və  dərman çatışmamazlığına görə böhdanlı bölgə elan edilməsinin zəruriliyi vurğulanıb. 
 
Həmçinin Bəsrəli fəallar sosial şəbəkələrdə  "Bəsrəni nicat verin" kampaniyası başladıb. Onlar  Bəsrə əyalətində yaşayış səviyyəsinin və xidmətlərin yaxşılaşdırılmasını və su krizisinin həlli üçün əməldə addımlar atılmasını istəyiblər. 
 
 

 

Google+ WhatsApp ok.ru