İraqda 6 azərbaycanlı qadın ömürlük mühakimə edilib

İraqda 6 azərbaycanlı qadın ömürlük mühakimə edilib

-- İŞİD-in tərkibində terrorçuluq fəaliyyətində iştiraka görə 29 əcnəbini ömürlük həbs cəzasına məhkum edib

Aprelin 29-da İraq məhkəməsi İŞİD-in tərkibində terrorçuluq fəaliyyətində iştiraka görə 29 əcnəbini ömürlük həbs cəzasına məhkum edib.
 
"Əl-qüds-əl-Ərəbi" kanalı bildirib ki, mühakimə edilən qadınların arasında 6 nəfər azərbaycanlı qadın var.
 
Bundan əlavə, 19 nəfər Rusiya və 4 nəfər Tacikistan vətəndaşı mühakimə edilib.
 
Proses zamanı qadınlar bildiriblər ki, İraqa öz ərləri ilə birlikdə gəliblər, onları terrorçu hərəkatda iştiraka məcbur ediblər. Qadınlar Telafer şəhəri uğrunda döyüşlər zamanı əsir düşüblər.(contact.az)

Google+ WhatsApp ok.ru