İraqda bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 93-ə çatıb

İraqda bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 93-ə çatıb

İraqda milli matəm elan olunub

İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
 
Maide.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" respublikanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. 
 
Bildirilir ki, bərənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 93 nəfərə çatıb. Telekanalın məlumatına görə, faciənin baş verməsində şübhəli kimi 9 nəfər saxlanılıb.
 
İlkin versiyaya görə, qəzaya bərənin normadan 3 dəfə artıq yüklənməsi səbəb olub.
 
Qeyd edək ki, İraqın baş naziri Adel Abdel Mahdi bərə qəzasında ölənlərlə əlaqədar olaraq milli matəm elan edib.
 
Ölənlərin əksəriyyəti üzməyi bacarmayan qadın və uşaqlar olub. Bərə Dəclə çayı ilə hərəkət edib. Bərənin qəzaya uğramasına səbəb kimi onun həddindən artıq yüklənməsi qeyd olunur.
 

 

Google+ WhatsApp ok.ru