İraqda baş verənləri bir ay öncədən xəbər vermişdi - VİDEO

İraqda baş verənləri bir ay öncədən xəbər vermişdi - VİDEO

İraqda bir neçə gündür müxtəlif şəhərlərdə aksiyalar keçirilir. Aksiyaçıların əsas tələbi işsizlik, korrupsiya hallarının aradan qaldırılmasıdır. 
 
Baş verən aksiyalar barədə "Əsaibul Haqq" təşkilatının rəhbəri bir ay öncə xəbər veribmiş. Təşkilatın rəhbəri Qeys Xəzəli bir ay əvvəl etdiyi çıxışında bildirib ki, İraq daxilində olan bəzi siyasi qüvvələr xarici dövlətlərin dəstəyi ilə aksiyalar planlaşdırırlar. Çünki onlar İraqın xarici siyasətindən narazıdırlar:
 
"Problem İsrail, ABŞ və bəzi ərəb dövlətlərinin təqdim etdiyi "Əsrin müqaviləsi"nə qoşulmamaqdır. Onlar istəyirlər ki, İraq dövlətini özlərinə itaət etdirsinlər. Biz İraqda aksiyaların keçirilməsinin şahidi olacağıq. Mitinqlər oktyabr ayında baş verəcək. İstəyirsiniz mənim bu sözlərimi yazın. Bu sözlər mənim təhlilim deyil, dəqiq məlumatlardır. Həmin aksiyaları xarici telekanallar vasitəsi ilə yayımlayacaqlar. Etirazları bütün İraq xalqının narazılığı kimi göstərməyə çalışacaqlar. Amma əslində pərdə arxasında xarici qüvvələr dayanır." /FaktXəbər
 

Google+ WhatsApp ok.ru