İraqda bombalı hücum: 8 ölü

İraqın paytaxtı Bağdadda təşkil olunan bombalı hücumlarda bir çox insanın həyatını itirdiyi bildirilir.
 
Polis mənbələrindən alınan məlumata görə, Bağdadın Əd-Davanim, Əl-Cihad, Əl-Amil, Əl-Mahmudiyə və Əl-Mədain bölgələrində əl istehsalı bombalarla həyata keçirilən hücumlarda 8 nəfərin öldüyü, 29-nun isə yaralandığı bildirilir.
 
Paytaxtda keçirilən sözügedən hücumların xalqa açıq yerlərdə baş verməsi səbəbindən ölənlərin çoxunun vətəndaşlardan ibarət olduğu deyilir.
 
İraqda İŞİD-in ötən il ölkənin bəzi bölgələrində nəzarəti ələ keçirməsindən sonra paytaxt Bağdad başda olmaqla müxtəlif şəhərlərdə zorakılıq hadisələri və bombalı hücumlarda artım görünür.
 
İraq orqanları hücumların İŞİD ilə əlaqəli qruplar tərəfindən təşkil olunduğunu deyirlər.

Google+ WhatsApp ok.ru