İraqda İŞİD hücumu: 3 ölü, 5 yaralı 10 Aprel 2020 11:25 Xəbərlər İŞİD terror təşkilatı İraqın Səlahəddin vilayətinin Tuzhurmatu bölgəsinin şimal-qərbində təşkil etdiyi hücumda 3 nəfərin öldüyü və 5 nəfərin yaralandığı bildirilir. Maide.Az xəbər verir ki, Tuzhurmatu polis rəisi Hüseyin Əli "Anadolu"ya açıqlamasında bildirib ki, İŞİD üzvləri Tuzhurmatu rayonunun şimal-qərbindəki Hileve hərbi hava limanı yaxınlığında "Haşdi-Şabi"yə hücum təşkil edib. İŞİD üzvlərinin istifadə etdikləri maşından "Haşdi-Şabi"yə aid idarəetmə məntəqəsinə atəş açdıqlarını deyən Əli, hücumda 3 nəfərin öldüyünü və 5 nəfərin yaralandığını bildirib. Hücumda ölən və yaralananların "Haşdi-Şabi" üzvləri olduğunu bildirən Əli, hadisədən dərhal sonra bölgədə əməliyyat başladıldığını söyləyib. İŞİD İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərini tamamilə, Diyala və Kərkük əyalətlərinin bəzi hissələrini 2014-cü ilin iyun ayında ələ keçirmişdi. Sözügedən əraziləri İŞİD terror təşkilatından "Haşdi-Şabi" briqadası geri alıb. Teqlər : #İraqda,#İŞİD,#hücumu:,#ölü,#yaralı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə zəlzələ qeydə alınıb Səudiyyə OPEK+ ölkələrinin tarixi razılaşmasının ilk maneəsini açıqlayıb