İraqda etiraz aksiyaları davam edir: 12 ölü, 571 yaralı

İraqda etiraz aksiyaları davam edir: 12 ölü, 571 yaralı

İraqın cənub şəhərlərində etiraz aksiyaları davam edir.
 
Etiraz aksiyaları başlayandan 12 nəfər həyatını itirib, 571 nəfər isə yaralanıb. Yaralananların 371-i təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.
 
Bundan əlavə etiraz aksiyaları zamanı 18 hökümət binası, 22 partiya qərargahı, 7 yaşayış binası uçurulub. Etazçılardan 302 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
 
Qeyd edək ki, İraqda etiraz aksiyaları iyulun 8-i Bəsrə şəhərində başlayıb. Etirazçılar işsizlik və kommunal vəziyyətdən narazıdır. Daha sonra etiraz aksiyaları Maysan, Kərbəla, Nəcəf, Di-Kar bə Babil şəhərlərinədə keçirb.
 
İraqda rəsmi işsizlik səviyyəsi 10,8 faiz təşkil edir. İşsizlərin 60 faizdən artığının yaşı 24-dən aşağıdır.
 

Google+ WhatsApp ok.ru