İraqda gənclərin 93 faizi Amerikanı düşmən hesab edir

Amerikanın  “Penn Schoen Berland (PSB)” araşdırmalar mərkəzinin  apardığı yeni sorğunun  nəticələri göstərir ki,İraq gənclərinin 93 faizi Amerikanı  düşmən  hesab  edir.
 
Maide.az xəbər verir ki, sorğunun nəticələri ötən gün açıqlanıb. Sorğudan məlumat olur ki, Amerikanın  İraq xalqının  razılığını  əldə etmək üçün çalışmaları  uğursuz olub. Sorğunun nəticələrinə görə, yalnız İraqlıların 6 faizi Amerikanı  müttəfiq kimi görür.
 
Amerikanın İraqa hücumu nəticəsində  10 ildən çox işğal,  1 milyondan çox İraqlının bu  müddət ərzində  öldürülməsi, ölkə əhalisinin  üçdə bir hissəsinin  evlərindən didərgin düşməsi, siyasi, iqtisadi və ictimai  sabitsizlik  İraq xalqının Amerikaya olan  qəzəbinin əsas  amilləridir. Amerikanın İraqa hücumu həmçinin  bu ölkədə  daxili müharibəyə yol açdı və ölkənin  infrastrukturunu dağıtdı.  
 
Ekspertlər son illər İŞİD-in  İraqdakıcinayətlərinin  əsas səbəbini də  Amerikanın İraqa hücumunda görürlər.
 
Amerika  İraqa  kütləvi qırğın silahların məhv edilməsi bəhanəsi ilə hücum etsədə sonradan məluma oldu ki, İraqda heçbir kütləvi  qırğın  silahı olmayıb.
 
Amerika Yaxın Şərq ölkələrinin bir çoxunda düşmən kimi tanınır. Bu ölkələrdə 18-24 yaşlı  gənclər arasında aparılan sorğunun nəticəsinə görə, Yəməndə gənclərin 82 faizi, Fələstində gənclərin 81 faizi və Livanda gənclərin 57  faizi  Amerikanı  düşmən kimi görürlər.
 
 

Google+ WhatsApp ok.ru