İraqda geniş bir ərazi İŞİD-in əsarətindən azad edilib

İraqın Əl-Ənbar vilayətinin Əl-Buhyat rayonunun qərb hissəsi geri alınıb.
 
Maide.az xəbər verir ki, əməliyyatda İraqın təhlükəsizlik qüvvələri və silahlı qəbilələr iştirak ediblər.
 
İraq ordusunun VII briqadasından bir hərbi mənbə bazar ertəsi günü məlumat verib ki, İŞİD terror qruplaşması bu əməliyyatda ağır itkilər verib və çoxsaylı silahlıları öldürülüb.
 
O habelə əlavə edib ki, əməliyyat Əl-Buhyat rayonunun şərq hissəsi geri alınanadək davam edəcək.
 
Bu arada, İraqın “Əin News” Agentliyinin xəbərinə görə, İraqın federal polisi Həsibe rayonunda İŞİD-in sığınacaqlarından birini aşkar edərək raketlə hədəfə alıb, 5 terrorist öldürülüb.
 
Bununla bağlı, İraqın döyüş təyyarələri Ənbar vilayətinin Əl-Bağdadi rayonunda İŞİD-in qərargahlarından birini bombalayaraq 4 terrorçunu zərərsizləşdirib./

Google+ WhatsApp ok.ru