İraqda gözlənilən böyük ittifaq...

İraqda gözlənilən böyük ittifaq...

"Qanun dövləti" koalisiyasının sədri  Nuri əl-Maliki, iştirak etdiyi bir media toplantısında "Əl Bina" adlı böyük ittifaqın yaradıldığını bildirib. 
 
Maide.Az-ın "Sumaria Nevs"a istinadla verdiyi xəbərə görə, "Qanun dövləti" koalisiyasının sədri Nuru əl-Maliki bildirib ki, bu ittifaq parlamentdə çoxluq təşkil edərək nəhayət yeni hökumət yaradacaq. 
 
"Sözü gedən ittifaq uzun və çətin müzakirələrdən sonra ortaya çıxmışdır."- deyə o bildirib. 
 
“Əl-Fəth” koalisiyasının sədri Hadi əl-Əmiri də bu mövzuyla bağlı bunları dedi: "Əl Bina" ittifaqı 149 kürsüyə sahib olaraq lap əvvəldən sünni, şiə və kürd qrupları birləşdirərək əhatə etməyə çalışır.
 
İraqda parlament seçkiləri may ayında keçirilib. 

Google+ WhatsApp ok.ru