İraqda `Həşd Şabi`yə qarşı terror hücumu törədildi

İraqda `Həşd Şabi`yə qarşı terror hücumu törədildi

İraqın Ənbar vilayətində meydana gələn terror hücumunda 3 adam həyatını itirib, 1 əsgərin də yaralandığı bildirilib.

Bu barədə İraq Səhiyyə Nazirliyi tərəfindən açıqlama verilib.

Açıqlamaya görə, bu gün Ənbarın Hit rayonunda İraq ordusu ilə "Həşd Şabi"ni hədəfə alan hücumda 2 əsgər ilə bir "Həşd Şabi" üzvü həlak olub, bir əsgər də yaralanıb.

Hücumun məsuliyyətini hələ heç bir terror təşkilatı üzərinə götürülməyib. Buna baxmayaraq, iraqlı rəsmilər hücumun İŞİD tərəfindən həyata keçirildiyini dilə gətiriblər./eastnews.org/

Google+ WhatsApp ok.ru