İraqda hökuməti formalaşdıracaq yeni siyasətçinin adı rəsmən açıqlanıb

İraqda hökuməti formalaşdıracaq yeni siyasətçinin adı rəsmən açıqlanıb

Tofiq Əllavidən sonra, Ədnan əz-Zurufi də parlamentin müsbət rəyini əldə edə bilməyib. Hökuməti formalaşdıracaq yeni siyasətçinin adı açıqlanıb.
 
Maide.Az xəbər verir ki, ötən ay hökuməti formalaşdırmaq üçün tapşırıq alan Ədnan əz-Zurufi parlamentin mənfi rəyindən sonra bu işdən imtina edib.
 
İraq Parlamentinin öncül siyasi cinahlarının son həftədəki təzyiqlərindən sonra prezident Bərhəm Saleh ölkənin Kəşfiyyat İdarəsinin sədri Mustafa əl-Kazimiyə hökuməti formalaşdırmaq üçün tapşırıq verib.
 
Qeyd edək ki, prezident Bərhəm Saleh ötən ay parlamentə məhəl qoymadan ABŞ-a yaxın siyasətçi Nəcəfin sabiq qubernatoru Ədnan əz-Zurufiyə hökuməti formalaşdırmaq göstərişini vermişdi. /SalamNews 

Google+ WhatsApp ok.ru