İraqda `II Beynəlxalq Ərbəin Ziyarəti Konfransı`na dəvət

İraqda `II Beynəlxalq Ərbəin Ziyarəti Konfransı`na dəvət

-- Sentyabr ayının 1- dək məqalələr göndərilməlidir

İmam Hüseyn (ə) hərəminin nəzdində fəaliyyət göstərən "Kərbəla Araşdırma və Ttədqiqat Mərkəzi" cari ilin payız aylarında "II Beynəlxalq Ərbəin Ziyarəti Konfransı" keçiriləcək. 
 
Maide.Az “İQNA”-a isitnadən xəbər verir ki, mərkəz məlumat yayaraq İraq daxilindən və digər ölkələrdən alimləri, araşdırmaçıları və universitet tələbələrini Kərbəla şəhərində keçiriləcək bu konfransda iştirak etməyə çağırıb. 
 
Elmi konfrans "Ərbəin ziyarəti, özünüislah meracı və mənəvi təlim metodu" adı ilə keçiriləcək və konfransa göndərilmiş məqalələr "əs-Sibt" elmi jurnalında çap ediləcək. 
 
Bu konfransda iştirak etmək istəyənlər cari ilin Sentyabr ayının 1- dək məqalələrini "WORD" formatında və öz tərcümeyi-halları ilə birlikdə konfransın elmi komitəsinə göndərməlidir.
 

Google+ WhatsApp ok.ru