İraqda `Kərbəla günləri` beynəlxalq teatr festivalı keçirilir

İraqda `Kərbəla günləri` beynəlxalq teatr festivalı keçirilir

-- 5 gün

İraqın Kərbəla şəhərində Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin "müasir teatr şöbəsi"nin təşəbbüsü ilə ilk dəfə olaraq "Kərbəla günləri" beynəlxalq teatr festivalı keçirilir.
 
Maide.Az  İQNA-a istinadən xəbər verir ki, festival mayın 3-dən İraqın və xarici ölkələrin rəsmiləri, elm və incəsənət adamları və ictimai şəxsiyyətlərin iştirakı iıə başlayıb və beş gün davam edəcək.
 
Festivalda Suriya, Livan, Oman, Tunis, Ərəbistan və İraqın incəsənət xadimləri və tanınmış teatrları iştirak edir. 
 
Festivalın ilk günü Suriyadan "Bəl Əhyaun" (Onlar diridirlər) teatrı nümayiş olunub. 
 
Festivalın keçirilməsi komitəsinin rəisi Əla Hüseyn Başəq bildirib ki, İmam Hüseynin (ə) müqəddəs ziyarətgahı dini sahədə incəsənət və mədəniyyət işlərinin gücləndirilməsi məqsədilə bu teatr festivalının keçirilməsini təşkil edib. 
 
O əlavə edib k, bu festival həm ölkə daxilində və həmdə digər ölkələrdə  mütəxəssislərin və incəsənət adamları tərəfindən maraqla qarşılanıb.  
 

Google+ WhatsApp ok.ru