İraqdakı şiə qrupların Baş Nazir namizədi məlum oldu

İraqdakı şiə qrupların Baş Nazir namizədi məlum oldu

İraqda 5 şiə siyasi qrupu Baş Nazirliyə namizəd barəsində ortaq qərar qəbul ediblər.

Bu barədə İraq Milli Hikmət Hərəkatının üzvü Həmid Mialla açıqlama verib.

O, açıqlamasında vurğulayıb ki, şiə qrupların Baş Nazirliyə namizədi Milli Kəşfiyyat Bürosunun sədri Mustafa Kazımidir.

"Biz siyasi partiya rəsmiləri olaraq "Fəth" koalisiyasının lideri Hadi əl-Əmirinin evində Zürfi yerinə Mustafa Kazıminin namizəd göstərilməsi barəsində ortaq qərar qəbul etmişik. Artıq bu barədə Prezident Bərhəm Salehə də tələb məktubu da göndərmişik", - deyə Həmid Mialla qeyd edib. /eastnews.org/

Google+ WhatsApp ok.ru