İraqdakı Sədr Hərəkatı milis gücünün fəaliyyətlərini dondurdu

İraqda Sədr Hərəkatı lideri Muqtəda Əs-Sədrin yaxınlarından bildirilib ki, "adam qaçırma və qeyri-insani əməllərə" qurşananlar olduğu üçün "Sülh Briqadaları" milis qüvvələrinin Diyala vilayətindəki hərbi fəaliyyəti dondurulub.
 
Maide.az xəbər verir ki, Sədrin mətbuat ofisindən yayımlanan yazılı açıqlamada, "Diyala vilayətində bu ada (milis gücünə) zərər verən bəzi naməlum insanların ağıl, insanlıq və şəriət baxımından qəbul edilməyən insan qaçırma və qəsb cəhdlərinə görə "Sülh Briqadaları"nın fəaliyyətini dondururam" deyilir.
 
Hərbi fəaliyyətin dondurulması barədə qərarın dərhal yerinə yetirilməsi göstərişini verən Sədr, cinayəti törədənlərlə bunlara yardım və vasitəçilik edənlərin adlarının 15 gün ərzində elan edilməsini istəyib.

Google+ WhatsApp ok.ru