İraqda neft quyusunda partlayış və yanğın baş verib

İraqda neft quyusunda partlayış və yanğın baş verib

İraqın Kərkuk şəhərinin qərbində Xəbbaz neft yatağında iki neft yatağı raketlə vurulub.  
 
Maide.Az "Reuters"ə istinadla xəbər verir ki, hər iki yataqda  partlayış və yanğın baş verib. 
 
Hələlik heç bir şəxs və qrup  bu hücumun  məsuliyyətini üzərinə götürməyib. 
 
Qeyd olunan  neft yataqları gündəlik 25 min barel neft hasil edirdi. 
 
Xatırladaq ki, İraq prezidenti  ötən həftənin  bazar ertəsi günü  Kərkuk şəhərinin ixtilaf və problemlər üçün bir meydana çevirilməməsi zəruriliyindən danışmış  və  bu bölgədəki problemlərin həllinin zəruriliyini vurğulamışdı. 
 

Google+ WhatsApp ok.ru