İraqdan oğurlanmış qadınlar Suriyada satılıb

Maide.az-ın məlumatına görə, Suriyanın xəbər mənbələri təkidlə bildirirlər ki, mövcud faktlara əsasən İŞİD terrorçuları son həftələr İraqın şimalında Səlahəddin vilayətində oğurladıqları 300 izədi qadından 27-ni 1000 dollar qiymətinə Suriyanın Hələb, Rəqəh və Həsəkə məntəqələrində öz üzvlərinə satıblar.
Həmin məlumata əsasən, İŞİD ünsürləri bu qadınları öz saxta dinlərini qəbul etmək məcburiyyətində qoyub, onlarla nikah qururlar.
Eyni halda İraq Kürdüstanı Qadınlarının Ali Cəmiyyətinin rəhbəri cümə günü İŞİD qrupunun 700 izədi qız və qadını oğurlamaları xəbərini verib.

Google+ WhatsApp ok.ru