İraqda parlament seçkilərinin yekun nəticələri açıqlanıb

İraqda parlament seçkilərinin yekun nəticələri açıqlanıb

İraqda keçirilən parlament seçkilərinin yekun nəticəainaçıqlanıb.

Maide.Az İraq KİV-lərinə istinadla xəbər verir ki, 329 deputatın təmsil olunduğu Məclisdə Müqtəda əs-Sədrə bağlı olan Sədr qrupu 73 yer, Məclis sədri Məhəmməd Halbusinin liderlik etdiyi Təqaddüm Partiyası 37 yer, Nuri əl-Malikinin Qanun Dövləti Koalisiyası  34 yer,  Məsud Barizaninin rəhbərlik etdiyo İraq Kürdüstan Demokrat partiyası 33 yer, Müstəqil namizədlər 40 yer, Fəth koalisiyası  17 yer, İmtidad hərəkatı 9 yer,  İslami birlik 9 yer, Əl-Cəbəl Əl-Cədid 9 yer əldə ediblər. 
 
Qeyd olunub ki, 2003-cü ildən bəri keçirilən sayca beşinci parlament seçkilərində ölkə seçicilərinin 43%-i iştirak edib. 
 
 

 

Google+ WhatsApp ok.ru