İraqda partlayışlar törədildi; ‘Həşd Şabi’ üzvləri həyatını itirib

İraqda partlayışlar törədildi; ‘Həşd Şabi’ üzvləri həyatını itirib

İraqın Səlahəddin vilayətində partlayışlar törədilib.

Bu barədə təhlükəsizlik mənbələri tərəfindən məlumat verilib.

Məlumata görə, Şırqat bölgəsində əvvəlcədən yola yerləşdirilən partlayıcı qurğu patrul xidməti aparan "Həşdi Şabi" nəqliyyat vasitəsi keçərkən işə salınıb.

Partlayış nəticəsində "Həşd Şabi"nin 3 üzvü yerindəcə həyatını itirib, 3 dinc sakin də yaralanıb.

Şırqat rayonu Al Sura kəndində törədilən partlayışda isə ata və oğlu həyatını itirib.

Sözügedən hücumların mədsuliyyətinin üzərinə götürən olmayıb. /eastnews.org/

Google+ WhatsApp ok.ru