İraqda prezident seçilmədi

İraqda prezident seçilmədi

İraqda Parlament iclasında bəzi siyasi partiyalar arasında baş verən qarşıdurma səbəbilə prezident seçkisi bu günə təxirə salınmışdır.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, İraq parlamentində dünən keçirilən iclasda bəzi siyasi partiyalar arasında baş verən vahid namizəd ixtilafı səbəbilə prezident seçilməyib.
 
İraqda prezidentini kürdlər arasında müəyyən edilən tərəf 2005-ci ildən bu günə Kürdüstan Vətənpərvərlər İttifaqı (KVİ) olub, ancaq partiyalar bu dəfə ümumi bir namizəd üzərində razılaşa bilməyib.
 
Kürdüstan Demokrat Partiyası (KDP) prezident müzakirələrinin təkcə KVİ ilə yox, onlarla da aparılmalı olduğunu bildirib. Vahid namizəd üzərində razılıq əldə olunmayınca iki partiya öz namizədini təqdim edib.
 
İraqın Kürd Regional Rəhbərliyinin keçmiş baş naziri Bərhəm Saleh KVİ tərəfindən namizəd göstərilsə də, Məsud Bərzaninin rəhbərliyindəki KDP isə Fuad Hüseyni prezidentliyə namizəd olaraq təqdim edib.

Google+ WhatsApp ok.ru