İraqda Quran yarışması

İraqda Quran yarışması

İraqın müxtəlif əyalətlərindən 100 nəfərin iştirakı ilə Samara şəhərində Qurani-Kərim əzbərlənməsi üzrə yarışma başlayıb.
 
Maide.Az "İQNA"ya istinadən xəbər verir ki, yarış "İmameyn Əsgərin" başlığı altında keçirilir.
 
İraq Milli Quran  əzbərləmə layihəsinin koordinatoru Heydər Məyahinin sözlərinə görə, iki ay davam edəcək layihə çərçivəsində müxtəlif tədbirlər baş tutacaq:
 
"Tələbələr hər gün səhər sabah ziyarəti və ziyarətnaməni qiraət etdikdən sonra Quran əzbərləyərək imtahana girəcəklər. Bundam başqa, camaat namazı, idman, gəzintilər də günlük proqramda yer alıb".
 
 

Google+ WhatsApp ok.ru