İraqda İran konsulluğuna hücum zamanı 47 polis əməkdaşı xəsarət alıb

İraqda İran konsulluğuna hücum zamanı 47 polis əməkdaşı xəsarət alıb

İraqın cənubundakı Nəcəf şəhərində İran konsulluğunun binasına iğtişaşçıların hücumu zamanı onlarla polis əməkdaşı xəsarət alıb.

Maide.Az İSNA agentliyinə istinadla xəbər verir ki, ötən gecə bir qrup niqablı şəxs İranın Nəcəfdəki konsulluğuna hücum edib, hücum zamanı 47 polis əməkdaşı xəsarət alıb.

Polis hücumdan öncə diplomatik korpusun işçilərini hadisə yerindən uzaqlaşdırıb.

İşğtişaşçılar konsulluğun binasını yandırıblar.

Əyalətlərdə komendant saatı tətbiq edilib.

Qeyd edək ki, İraqın Xaric İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, İranın Nəcəfdəki konsulluğuna hücum etməkdən məqsəd İran və İraq arasında münasibətləri korlamaq məqsədilə baş tutub.

İraq XİN etirazçılardan istəyib ki, insanların haqq olan etirazlarını etibarsız və dəyərsiz etmək istəyənlərlə bağlı diqqətli olsunlar.

Google+ WhatsApp ok.ru