İraqda terror aktları törədildi, ölənlər və yaralananlar var

İraqda terror aktları törədildi, ölənlər və yaralananlar var

İraqın şimalında iki terror aktı törədilib.
 
Hər iki hadisə Kərkükdə olub.
 
Məlumata görə, hərbi patrulun getdiyi yolda qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində üç hərbi qulluqçu həyatını itirib, daha iki nəfər yaralanıb. Bildirilir ki, partlayıcı qurğu şəhərin şimal-qərbində, Dibis adlı ərazidə hərbi patrulun getdiyi yola qoyulub.
 
Terror aktının İŞİD silahlıları tərəfindən törədildiyi ehtimal edilir. Bölgədə terrorçuların müəyyənləşdirilməsi üzrə əməliyyat keçirilib.
 
Kərkuk şəhərində ikinci terror aktı isə minalanmış avtomobilin partladılması ilə törədilib. Kərkükün polis rəisi Əli Kemal bildirib ki, partlayış Xadra ərazisində baş verib. Hadisə zamanı 1 nəfər ağır yaralanıb.
 
Şəhərin mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib.
 
Partlayışa görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib. /Report
 

Google+ WhatsApp ok.ru