İraqda toyda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb

İraqda toyda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb

İraqın Tikrit şəhəri yaxınlığında toy mərasimində baş verən iki partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb, 26 nəfər yaralanıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 23 nəfərin öldüyü bildirilirdi.
 
Hadisə Tikrit şəhərindən 20 km şimalda yerləşən Həccac kəndində baş verib. Partlayışların iki terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
 

Google+ WhatsApp ok.ru