İraqda vəfat etmiş daha bir Azərbaycanlı zəvvar Nəcəfdə izdihamla dəfn edilib - VİDEO

İraqda vəfat etmiş daha bir Azərbaycanlı zəvvar Nəcəfdə izdihamla dəfn edilib - VİDEO

-- 45 yaşlı Fikrətin qəfildən halı pisləşib və ürək tutmasından vəfat edib

Bu gün İraqın Nəcəf şəhərində vəfat etmiş Ağakişiyev Fikrət adlı  Azərbaycanlı zəvvar dəfn edilib.
 
Zəvvarların Maide.Az-a verdiyi məlumata görə, Ərbəin ziyarətinə getmiş əslən Göyçay rayonundan olan 45 yaşlı  mərhum ötən gün günün ikinci yarısında qəfildən halı pisləşib və ürək tutmasından vəfat edib. 
 
Mərhumun yaxınlarının razılığı ilə o Nəcəf şəhərində olan Vadius-Salam qəbristanlığında bu gün Azərbaycanlı zəvvarların iştirakı ilə dəfn edilib. 
 
 
Qeyd edək ki, Fikrət  Göyçayda tanınmış və sevilən şəxslərdən olunub. Onun dəfn mərasimində mərsiyyələr deyilib və cənazəsi Azərbaycan bayrağının müşaiyəti ilə qəbristanlıqda dəfn olunub.
 
Xatırladaq ki, bir neçə gün öncə də Ərbəin ziyarətinə getmiş  Yardımlı qəsəbə sakini Musayev Rauf Həbulla oğlu İraqın Samira şəhərində Əsgəreyn (ə) imamlarının hərəmini ziyarətdən sonra geri qayıdarkən avtobusda ürək tutmasından dünyasını dəyişmiş və Nəcəf şəhərində dəfn olunmuşdur.
 
 
Allah rəhmət eləsin
 
 

Google+ WhatsApp ok.ru