İraq Hizbullahıı: Şəhid Qasim Süleymaninin terrorunda bu şəxsin əli var

İraq Hizbullahıı: Şəhid Qasim Süleymaninin terrorunda bu şəxsin əli var

İraq Hizbullahının kəşfiyyat bölməsi son bəyanatında böyük bir xəyanəti üzə çıxarıb.
 
Maide.Az "islamtimes"a istinadla xəbər verir ki, bəyanatda bildirilir ki, İraqda ABŞ tərəfindən terror edilənƏbu Mehdi əl-Mühəndis və Qasim Süleymaninin qətlində İraq Təhükəsizlik İdarəsinin rəisinin əli var.
 
Ötən gün verilən xəbərdə deyilir: "İraq Təhlükəsizlik İdarəsinin rəisi və bir neçə digər məsul şəxs Müqavimət üzvlərini, Həşd əl-Şəbi hərəkatının müavini şəhid Əbu Mehdi əl-Mühəndisi və SEPAH-ın Qüds Qüvvələrinin komandanı şəhid Qasim Süleymanini terror etmək üçün ABŞ-a kömək edib."
 
İraq Hizbullahı bəyanatda deyir: "Dünənədək Mustafa Əl-Kaziminin Qasim Süleymani və digər şəhidlərin qətlində rolu olduğuna tam əmin deyildik. Amma dünən Təhlükəsizlik İdarəsindəki rəsmilərdən biri ortaya qoyduğu sübutlarla bizim şübhəmizin doğru olduğunu təsdiqlədi."
 
Qeyd edək ki, bu xəbərdən sonra "İraq Təhlükəsizlik İdarəsi Əl-Kazimini müdafiə edərək, onun müqavimət şəhidlərinin terrorunda rolu olması xəbərinin ona qarşı hörmətsizlik olduğunu bildirib.
 
Xatırladaq ki, İraqda M.Əl-Kaziminin  baş nazir postuna namizədliyini irəli sürləcəyi ehtimal olunur. 
 
İraq Hİzbullahının təhlükəsilzik məsələləri üzrə rəhbəri Əbu Əli Əl-Əsgəri  deyib ki,  əl-Kaziminin  baş nazir postuna namizədliyinin irəli sürülməsi İraq xalqına müharibə elan etmək və ölkənin təhlükəsizliyini məhv etmək anlamındadır. 
 

Google+ WhatsApp ok.ru