İraq Hizbullahı: ABŞ-ın planlarını pozacağıq

İraq Hizbullahı: ABŞ-ın planlarını pozacağıq

 

İraqdakı Hizbullah briqadasının mətbuat katibi Muhəmməd Muhi Amerika əsgərlərinin ölkədədi varlığı barədə danışaraq, ABŞ-ın bütün planlarını pozacaqlarını deyib.
 
Maide.Az xəbər verir ki, "Müqavimət qüvvələri ABŞ-ın İraqda söz sahibi olmasının və xaos yaratmasının qarşısını aldı. ABŞ yalnız öz maraqlarını düşünür və bəzi partiyalara öz millətlərindən başqa heç kimə güvənməmələrini tövsiyə edirik", - deyə Muhi bildirib.
 
Bu yaxınlarda "Asayib Əhlul Hak" Hərəkatı baş katibinin müavini Məhəmməd əl-Tabatabai ABŞ əsgərlərinin Kərkük K1 hərbi bazasından çəkilməsini alqışlayıb və belə deyib:
“Pis niyyəti olan Amerika pislikdən başqa heç bir şey istəmir və bu məqsədlə də şəhid general-leytenant Qasim Süleyman və "Haşidi Şabi"nin komandir müavini Əbu Mehdi əl-Mühəndisə terror hücumu etdi."

 

Google+ WhatsApp ok.ru