İraq 'Hizbullah'ı: ABŞ İraqda qalsa, bütün silahlarımızı onlara qarşı istifadə edəcəyik

İraq 'Hizbullah'ı: ABŞ İraqda qalsa, bütün silahlarımızı onlara qarşı istifadə edəcəyik

İraqın "Hizbullah" briqadasının sözçüsü ölkədəki müqavimət qruplarının Bağdad hökumətinə ABŞ əsgərlərinin geri çəkilməsi üçün bir cədvəl təqdim etməsi üçün müddət verdiyini söyləyib.

 
"Hizbullah" sözçüsü Məhəmməd Mohi verdiyi açıqlama zamanı bildirib ki, İraqdakı müqavimət qrupları ABŞ əsgərlərinin geri çəkilməsi üçün cədvəlin təqdim edilməsinə qədər ABŞ hədəflərinə qarşı raket zərbələrini dayandırmağı qəbul edib:
 
"Amerika əsgərləri İraqda müddətsiz qalsa, onlara qarşı mövcud olan bütün silahlardan istifadə edəcəyik. ABŞ-ın Bağdaddakı səfirliyini bağlamaq təhdidini qınayırıq. Bu cür təhdidlər etmək vəziyyəti daha mürəkkəb və gərginləşdirir. Amerikalılar İraqda qalmaqda israr edərlərsə, müqavimət əvvəlkindən daha güclü olacaq". /eastnews/
 

Google+ WhatsApp ok.ru