İraq könüllüləri və peşmərgə qüvvələri Sincarda belə görüşdülər - VİDEO

İraq könüllüləri və peşmərgə qüvvələri Sincarda belə görüşdülər - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Həşd-əl-Şabi könüllüləri  Sincar rayonu ərazisinə daxil olaraq nəzarəti ələ keçiriblər. Bununla da Mosulda olan İŞİD terror təşkilatının öz silahdaşları ilə əlaqələri kəsilib. 
 
Şəhərdə «Həşd əş-Şabi» könüllüləri ilə peşmərgə qruplaşmaları və İraq qüvvələri birləşib. Həmin qarşılaşmadan videogörüntüləri təqdim edirik.
 
Qeyd edək ki, oktyabrın 17-dən etibarən İraqın ən böyük ikinci şəhəri olan Mosulun İŞİD-çilərdən xilasetmə əməliyyatına başlanılıb. Artıq şəhərin 1/3 hissəsi İraq qüvvələrinin nəzarətində olsa da, terrorçuların xalqdan sipər kimi istifadə etməsi əməliyyatı çətinləşdirir.
 

Google+ WhatsApp ok.ru