İraqla Rusiya hərbi əməkdaşlığı müzakirə edir

İraqla Rusiya hərbi əməkdaşlığı müzakirə edir

İraqın Müdafiə Nazirliyi Rusiyayla hərbi əməkdaşlığı dərinləşdirmək imkanlarını müzakirə etdiyini bildirir.  
 
Fevralın 6-da İraq ordusunun Baş qərargah rəisi, general leytenant Othman Al-Ghanimi Rusiyanın səfiri Maksim Maksimov və yeni təyin olunmuş müdafiə attaşesi ilə görüşüb.
 
Ghanimi Moskvanın İslam Dövləti ekstremist qruplaşması ilə mübarizədə rolunu alqışlayıb, deyib ki, rusiyalılar “silahlı qüvvələrimizi qabaqcıl və effektiv avadanlıq və silahlarla təmin ediblər və bu, bir çox döyüşlərin həllində böyük rol oynayıb”, – nazirliyin bəyanatında deyilir.
 
Bəyanatda tərəflərin “əməkdaşlıq və koordinasiya” perspektivlərini müzakirə etdiyi, Maksimovun Ghanimi-ni Rusiyaya səfərə dəvət etdiyi vurğulanır.
 
Moskva informasiyanı hələlik, şərh etməyib. /azadliq.org
 

Google+ WhatsApp ok.ru