İraq Müdafiə Nazirliyi: Samirra-Bağdat prospekti Ərbəin ziyarətçiləri üçün etibarlıdır

İraq Müdafiə Nazirliyi yaydığı bəyanatda Samirra-Bağdat prospektinin Ərbəin yürüşünə qatılan ziyarətçilər üçün təhlükəsiz olduğunu deyib.
 
Maide.az xəbər verir ki, İraq Müdafiə Nazirliyi tərəfindən yayılan bəyanatda belə deyilir:
 
"Təhlükəsizlik qüvvələrimiz xalqımızın da dəstəyi ilə Samirranın Seyid Qərib, Təlluz-Zəhəb və Ducəyl bölgələrini İŞİD-çi faktorlardan tamamilə təmizlədi. Təhlükəsizlik qüvvələrimiz ilə silahlı könüllü qüvvələrimiz yaxınlaşmaqda olan Ərbəin günü münasibətilə böyük bir təhlükəsizlik zolağı yaradıblar. İmam Hüseyn (ə) zəvvarlarının hüquq-mühafizə və əmin-amanlıq içərisində bu mənəvi proqramı icra edə bilməsi üçün Samirra ilə Bağdadı bir-birinə bağlayan küçədə tam təhlükəsizliyi təmin etdik. Müxtəlif nöqtələrə təhlükəsizlik strukturlarımızı yerləşdirdik. Beləliklə, ziyarətçilər əmin-amanlıq içərisində yola davam edirlər."

Google+ WhatsApp ok.ru