İraq nəqliyyat naziri B.Zubeydi: `Bu günədək Ərbəin zəvvarların sayı 26 milyonu ötüb`

 
İraq nəqliyyat nazir Baqir Əl-Zubeydi Ərbəinə gələn zəvvarların sayına dair yeni açıqlama ilə çıxış edib.
 
Maide.az yerli mətbuata istinadən xəbər verir ki, bu il bu rəqəmin 26 milyonu ötdüyü bildirilir. "Məhərrəm ayının əvvəlindən bu günədək gələn zəvvarların sayı bu günə qədər 26 milyon nəfəri ötüb. Lakin bu rəqəmin sabah da artması gözlənilir, çünki zəvvar axını hələ də davam etməkdədir. Sabaha qədər bu göstəricinin 27 milyon olacağını gözləyirik", - deyə nazir bildirib.
 
İraq Nəqliyyat Nazirliyinin statistik hesablarına görə, gələn ziyarətçilərin 60%-ni xanım zəvvarlar təşkil edir. 
 
Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edirlər. Ötən il 20 milyondan çox insanın bu izdihamlı mərasimdə iştirak etidyi bildirilir. Bu il Ərbəin milad təqvimi ilə 2 dekabr tarixinə uyğun gəlir./

Google+ WhatsApp ok.ru