İraqın əhli-sünnə müftisi: `Amerika İraqa geri qayıtsa, onlarla qarşı vuruşacağıq`

İraqın əhli-sünnə müftisi: `Amerika İraqa geri qayıtsa, onlarla qarşı vuruşacağıq`

İraqın əhli-sünnə müftisi Şeyx Mehdi Əhməd Əs-Sumeyda amerikalıların yenidən İraqa qayıdacağı təqdirdə, onlarla qarşı hərbi mübarizə aparacaqlarını vurğulayıb.
 
Şeyx Mehdi Əhməd Əs-Sumeyda Bağdadda hər il keçirilən "İslam müqavimətinə sədaqət" konfransında Al-Sumaria kanalına verdiyi müsahibədə, istənilən məzhəbçilik münasibətinin qarşısında duracaqlarını deyib. "Biz məzhəbçilik və İraqı parçalamaq istəyənlər qarşısında dayanacağıq", - deyə İraqın əhli-sünnə müftisi bildirib.
 
Şeyx Əs-Sumeyda Ənbar əyalətində oturaq aksiyası keçirənləri və İŞİD terror təşkilatının İraqa girişinə səbəb olanları şiddətlə tənqid edib: "Bəzi tərəflər Ənbarda keçirilən oturaq aksiyası üçün yüksək miqdarda pullar xərclədilər və bunun nəticəsi İŞİD-in İraqa girməsi oldu.
 
Bizim 52 min döyüşçümüz var və indi İŞİD-çilərə qarşı vuruşuruq, amma amerikalıların müdaxiləsi və yenidən qayıtması baş verəcəksə, onlarla qarşı hərbi mübarizə aparacağıq və mən bunu etmək məsələsində könüllü olacaq ilk şəxsəm".
 
İraqın əhli-sünnə müftisi İraqdakı siyasi vəziyyətin həlli barədə isə belə danışıb: "Biz istər Milli Koalisiyanın lideri Seyid Əmmar Əl-Həkim, istərsə də Sədr Hərəkatının lideri Seyid Müqtəda Əs-Sədr və ya digər şəxslər tərəfindən şəraitin yaxşılaşması və milli birliyin güclənməsi mövzusunda keçiriləcək istənilən dəvəti qəbul edirik".

Google+ WhatsApp ok.ru