İraqın baş naziri: “Bəziləri nümayişlərdə ixtişaş yaratmaq məqsədi güdülür”

İraqın baş naziri: “Bəziləri nümayişlərdə ixtişaş yaratmaq məqsədi güdülür”

İraqın baş naziri Heydər Əl-Əbadi xalqın dinc bir şəkildə səsləndirdiyi tələblərinin yerinə yetirilməli olduğunu bildirib.
 
Maide.Az "Deyerler.org" istinadən xəbər verir ki, Heydər Əl-Əbadi İraqın Əl-Həşduş Şəbi Təşkilatının baş qərargahına baş çəkərək, burada belə bir açıqlama ilə çıxış edib: “Biz şəhərlərimizi işğal edən İŞİD terror təşkilatı ilə xalqımızın zərərlərini aradan qaldırmaq, təhlükəsiz bir həyat və sabitliyi təmin etmək məqsədi ilə vuruşuruq. Xidmət istəmək və haqlarını tələb etmək xalqımızın təbii haqqıdır və bizim vəzifəmiz xalqımızın dinc bir şəkildə dilə gətirdiyi bu tələblərini yerinə yetirməkdir”.
 
Əl-Əbadi, həmçinin könüllü xalq qüvvələrinin cəsarəti və digər təhlükəsizlik qüvvələrinin uğura nail olmaq və xalqı terrorçuların əlindən xilas etmək məqsədilə göstərdikləri fədakarlıqlardan təriflə danışıb.
 
İraqın baş naziri Nəcəf xalqını təmsil edən nümayəndə heyəti ilə keçirdiyi görüşdə xalqın tələblərinin əhəmiyyətinə vurğu edərək, belə deyib: “Bəziləri Nəcəfin iqtisadi cəhətdən dağılması, regiona investorların və iş adamlarının gəlməməsi üçün hadisə törətməyə çalışırlar. İraq İŞİD terror təşkilatı tərəfindən işğal edilməsi səbəbindən, böyük təhlükəni geridə qoyub, ancaq təhlükəsizlik, iqtisadi və hərbi baxımdan keçmişdən daha yaxşı ola bilməyib”.
 
Bu arada, İraqın Səhiyyə Nazirliyinin rəsmilərindən Saif Bədr iştirak etdiyi bir mətbuat konfransında, ölkə miqyasında keçirilən etirazlar barədə danışıb: “Bir neçə gün əvvəl ölkənin cənubunda keçirilən nümayişdə, əksəriyyəti təhlükəsizlik qüvvələri olmaqla 56 nəfər yaralanıb. Yenə yaxın vaxtda İraqda keçirilən bir mitinqdə 8 nəfər həlak olub”.
 
İraqın Neft Nazirliyini sözçüsü Asim Cihad iştirak etdiyi bir mətbuat konfransında, Nazirlər Kabinetinin region rəhbərləri, tayfa liderləri və şeyxləri ilə görüşdüyünü qeyd edib. O, həmçinin cənub bölgələrindəki problemin həlli üçün ciddi iş aparıldığını və maksimum müddətin müəyyənləşdirildiyini bildirib.

Google+ WhatsApp ok.ru