İraqın dini rəhbərləri Kərbəlada toplanır

İraqın dini rəhbərləri Kərbəlada toplanır

Kərbəlada İmam Hüseynin (ə) hərəmində İraqın müxtəlif din və məzhəb rəhbərləri və nümayəndələrinin iştirakı ilə 4-cü mədəniyyət konfransı keçiriləcək.
 
Maide.Az İQNA-a istinadən xəbər verir ki, konfrans martın 7-də İmam Hüseynin (ə) müqəddəs hərəmində keçiriləcək.
 
“Konfrans İmam Hüseynin (ə) hərəminin təşəbbüsü, müxtəlif dinlər və məzhəblərin rəhbərləri və nümayəndələri, habelə İraq universitetlərinin tələbələri, Dini Elmi Hövzəsinin ustadları və tələbələri iştirak edəcək”, -deyə Konfransının keçirilməsinə nəzarət komitəsinin məsul şəxsi Təlal Kamali deyib. 
 
Onun sözlərinə görə, konfransın keçirilməsindən məqsəd İraq xalqı arasında orta yol və tolerantlıq dialoqunu gücləndirmək, birgə anlayışlı yaşayış üsullarını aşılamaq, insanlara insanlıq şüarı və milli kimliklə necə yaşamağın yollarını öyrətməkdir.   
 
Konfransda  UNESCO-nun nümayəndəsi də iştirak edəcək.
 

Google+ WhatsApp ok.ru