İraqın könülü xalq qüvvələri Tel Abta şəhərini işğaldan azad etdi

İraqın könülü xalq qüvvələri Tel Abta şəhərini işğaldan azad etdi

İraqın Əl-Haşduş Şabi könülü xalq qüvvələri Mosulun qərbində yerləşən Tel Abta şəhərini İŞİD-in işğalından azad edib.
 
Əl-Haşd əş-Şabi Tel-Abta şəhərində əsas marşurutlar üzərindəki minaları və partlayıcı maddə ilə yerləşdirilən tələlərin təmizlənməsinə başlayıb.
 
İraqın hərbi qüvvələri dekabrın 7-də də Mosulun Əl-Aləm məhəlləsini təkfirçi vəhhabi İŞİD terror təşkilatının işğalından azad etmişdir və buradakı dövlət binalarında İraq bayrağını dalğalandırmağa müvəffəq olub.
 
Digər tərəfdən, İraqın döyüş təyyarələri İŞİD terrorçularının Mosuldakı mövqelərini bombalayaraq, onlarla terrorçunu zərərsizləşdirməyə nail olublar.
 
İraqın döyüş təyyarələri İŞİD-in Mosulun qərbində yerləşən mövqelərini bombalamaqla ən az 42 terrorçu öldürülüb, 3 maşın da məhv edilib. İraqın döyüş təyyarələri terrorçuların Təl Afər hava limanı və Abə bölgəsinin ətrafındakı mövqeləri də bombalayaraq, 22 terrorçunu məhv ediblər. Səlahəddin vilayətində də İraqın döyüş təyyarələri İŞİD-ə aid iki maşını içindəki terrorçularla birlikdə bombardman edib. (deyerler.org) /

Google+ WhatsApp ok.ru