İraqın neft naziri yaxın vaxtlarda Azərbaycana səfərə gələcək 25 İyun 2018 01:00 İqtisadiyyat Vyanada OPEC+nazirlərinin 4-cü görüşü çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC konfransının prezidenti Suhail Mohamed Al Mazrouei ilə görüşüb. Energetika Naizrliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə qlobal neft bazarının sabitliyi ilə bağlı OPEC+ çərçivəsində görülən tədbirlər, qəbul edilən yeni qərar və Azərbaycan-OPEC əməkdaşlığı ətrafında müzakirələr aparılıb. Eləcə də Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında bərpa olunan enerji mənbələri sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib. P. Şahbazovun İraqın neft naziri Cabbar Əli əl-Layibi ilə də görüşü olub. Görüşdə dünya neft bazarının inkişaf tendensiyaları ilə yanaşı iki ölkə arasında enerji əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İraqın neft naziri yaxın vaxtlarda Azərbaycana səfər edərək neft sektorunun inkişafı ilə yaxından tanış olmaq istəyini ifadə edib. Teqlər : #İraqın neft naziri yaxın vaxtlarda Azərbaycana səfərə gələcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Kreditlərin səmərəli xərcləndiyini söyləmək mümkün deyil” “Neft əsirliyində”