İraqın Sərsar məntəqəsi uğrunda döyüşlər aparılır

İraq polisi ölkənin qərbində yerləşən Sərsar məntəqəsini İŞİD-in işğalından azad edilməsi əməliyyatına başladığını bildirib.
 
Maide.Az xarici mediaya istinadən xəbər verir ki, İraq polisinin yaydığı bəyanatda bildirilir ki, təhlükəsizlik qüvvələri Bici şəhərinin şimalında İŞİD terrorçularının mövqelərinə hücum ediblər. Əməliyyat zamanı 5 terrorçu məhv olduğu bildirilir.
 
Həmçinin, İraq ordusunun Neynəva əyalətinin cənubunda Qəyarə neft məntəqəsində İŞİD-in mövqelərinə havadan zərbələr endirməsi nəticəsində terrorçuların 20 ədəd neft tankeri məhv edilib, 8 terrorçu öldürülüb.
 
İraqın Diyalə əyalətində Əbarə məntəqə şurasının sədri Ədnan Qəzban Molla Cavad deyib: Əbarə köçəriləri İŞİD ilə mübarizə aparmaq üçün ümumi səfərbərlik elan ediblər./
 

Google+ WhatsApp ok.ru