İraqın sabiq baş naziri: ‘ABŞ İŞİD-in məhv edilməsinin tərəfdarı deyil’

İraqın sabiq baş naziri: ‘ABŞ İŞİD-in məhv edilməsinin tərəfdarı deyil’

İraqın sabiq baş naziri Heydər Əl-Əbadi ABŞ-ın İŞİD-in İraqda məhv edilməsinin tərəfdarı olmadığını bildirib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Əl-Əbadi yerli bir televiziya kanalına verdiyi açıqlamasında, ABŞ-ın İŞİD-lə bağlı qarşı davranışlarını qiymətləndirib: “ABŞ İŞİD-in məhv edilməsinin tərəfdarı deyildi. Xüsusilə Ənbarda İŞİD-in üzərinə getmək əvəzinə, mühasirəyə alınmasını istəyirdi”.
 
Heydər Əl-Əbadi İranın ona ikinci dəfə baş nazir kürsüsündə oturmasına mane olduğunu da deyib: “Güman edirəm ki, İran ABŞ-ın sanksiyalarını tətbiq edəcəyimi dediyimə görə, ikinci dəfə baş nazir olmağıma mane oldu. İranlılar bundan ciddi mənada qorxdular və bu səbəbdən indiki baş naziri (Adil Əbdülmehdi) dəstəklədilər”.
 

Google+ WhatsApp ok.ru