İraqın ticarət naziri korrupsiya ittihamları ilə həbs olunub

İraq rəsmiləri bildirirlər ki, ölkənin Ticarət nazirinin saxlanılması qərarı onun korrupsiya əməllərinə dair ittihamlarla bağlıdır.
Maide.az xəbər verir ki, İraq Ali Məhkəmə Şurasının sözcüsü Əbdusəttar Birqədar bazar günü deyib ki, İraq höküməti ölkədəki korrpusiya əməlləri ilə bağlı apardığı araşdırmalardan sonra ticarət naziri Məlas Mohəmməd Əbdülkərim və qardaşının həbs edilməsi haqqında qərar verib.
Reuters Agentliyinin məkumatına əsasən, İraq Ticarət Nazirliyinin Hüquq şöbəsində çalışan iki əməkdaş da bildiriblər ki, Əbdülkərim rüşvət almaqda,  qanunsuz imtiyazlar əldə etməkdə və öz qulluq mövqeyindən sui-istifadə etməkdə şübhəli bilinir. /
 

Google+ WhatsApp ok.ru