İraqın yeni baş naziri rəsmi olaraq işinə başlayıb

İraqın yeni baş naziri rəsmi olaraq işinə başlayıb

İraqda yeni hökumət üzvlərinin parlamentdə təsdiqlənməsi üzrə səsvermə keçirilib.
 
Maide.Az "trend"ə istinadla xəbər verir ki, parlament 22 nazirdən 14-nü təsdiq edib.
 
İclasda partiyalar arasında müəyyən mübahisələr də yaranıb. Nəticədə 8 nazirin səsverməsi təxirə salınıb. Növbəti səsvermənin yaxın günlərdə keçirilməsi gözlənilir.
 
Yeni kabineti formalaşdırmaq üçün təyin edilən Adil Əbdül Mehdi bildirib ki, baş nazirin müavini vəzifəsi ləğv edilib.
 

Google+ WhatsApp ok.ru