İraqın yeni prezidenti Bərham Saleh oldu

İraqın yeni prezidenti Bərham Saleh oldu

İraq parlamentinin deputatları Bərham salehi ölkə prezidenti seçiblər.
 
Maide.Az bildirir ki, Salehin leyhinə 165 deputat səs verib.
 
Parlamentin iclasında 329 deputatdan 301-i iştirak edib, beləliklə spiker Məhəmməd Əl-Halbusi 3-cü cəhddən səsvermə üçün lazımi yetərsay toplaya bilib.
 
Deputatlar qarşısında and içərkən Saleh ərəb ölkəsinin müstəqilliyini və ərazi bütövlüyünü qorumağa söz verib.
 
Qeyd edək ki, İraqın yeni prezidenti Bərhəm Əhməd Saleh ölkənin yeni baş naziri vəzifəsinə Adil Əbdülmehdini seçib.  O  Adil Əbdülmehdiyə yeni nazirlər kabinetinin təşkil edilməsi barədə göstəriş verib.
 
İraq konstutsiyasına əsasən, Adil Əbdülmehdi Müntəfikinin nazirlər kabinetinin təşkili və parlamentə təqdim etməsi üçün 30 gün vaxtı vardır.
 

Google+ WhatsApp ok.ru