İraq, İordaniya və Misirin XİN rəhbərləri Bağdadda görüşəcək

İraq, İordaniya və Misirin XİN rəhbərləri Bağdadda görüşəcək

İraq, İordaniya və Misirin Xarici İşlər nazirləri avqustun 4-də Bağdadda üçtərəfli görüş keçirəcək.
 
Bu barədə İraqın Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Görüş zamanı tərəflər ərəb ölkələri arasında əlaqələrin möhkəmlənməsi, əməkdaşlığın genişləndirilməsi, İraqda vəziyyətin stabilləşməsi üçün iqtisadi faktorlar, terrorizmə qarşı mübarizəni müzakirə edəcəklər. Xarici işlər nazirləri həmçinin digər vacib məsələlərə dair fikir mübadiləsi aparacaqlar.  /APA 
 

Google+ WhatsApp ok.ru