İraq ordusundan uğurlu əməliyyat: 70 terrorçu öldürüldü, 12 maşın ələ keçirildi

İraqın Ənbar vilayətində İŞİD terror təşkilatı ilə ordu qüvvələri arasında baş verən qarşıdurmada 70 terrorçunun öldürüldüyü, təşkilata məxsus 12 avtomobilin ələ keçirildiyi bildirilir.
 
 İraq ordusunda olan 7-ci manqa komandiri Numan Abdulzubei bildirib ki, "İŞİD-in Ənbarın şəhər mərkəzi Ramadinin 160 kilometr qərbində yerləşən Hadisə qəzasına qarşı təşkil etdiyi təcavüzə təhlükəsizlik qüvvələri tərəfindən cavab verilməsi zamanı yaranan qarşıdurmada, təhlükəsizlik qüvvələrimiz 70 İŞİ terrorçusunu öldürüb, terrorçulara məxsus ağır silah daşıyan 12 maşını ələ keçirib".
 
Digər tərəfdən isə Ənbar Rayon Məclisi sözçüsü İyad Ammaş İŞİD-in Ramadinin 310 kilometr qərbində yerləşən Ər-Ratbədə bir neçə gün əvvəl saxladığı 230 nəfəri sərbəst buraxdığını söyləyib.
 
"İŞİD tərəfindən saxlanılan vətəndaşlar şəhərdəki elektrik dirəklərinə bağlanaraq hər cür təhqir və əziyyətə məruz qoyulub", - deyən Ammaş, azadlığa buraxılandan sonra sözügedən vətəndaşlardan bəzilərinin xəstəxanaya aparıldığını bildirib.
 
Ammaş daha əvvəl verdiyi açıqlamada, Ratbədə Nəzir Əl-kubeysi adlı vətəndaşın mübahisə etdiyi İŞİD terrorçusunu öldürdüyünü, təşkilatın da Kubeysiyi şəhərin ortasında, yaxınlarının gözləri qarşısında güllələdiyini söyləmişdi.
 
Hadisədən sonra yüzlərlə adam Kubeysi üçün keçirilən dəfn mərasimində iştirak etmişdir. Dəfn mərasimdən sonra İŞİD terrorçularını əməllərinə qarşı etiraz aksiyası keçirilmişdi. İŞİD üzvləri isə aksiyaya müdaxilə etmiş və bölgə xalqından təxminən 230 nəfəri özünə aid həbsxanalara aparmışdı.

Google+ WhatsApp ok.ru