İraq ordusu Suriyada İŞİD başçılarının toplanma yerini bombaladı

İraq ordusu Suriyada İŞİD başçılarının toplanma yerini bombaladı

İraqın hava qüvvələri İŞİD terror təşkilatının başçılarının Suriyanın Deyr Əz-Zor vilayətinin Susa bölgəsindəki toplanma yerinə hücum təşkil edib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, İraq Terrorizmlə Mübarizə və Kəşfiyyat İdarəsinin rəhbəri Əbu Əli Bəsri hücum barədə verdiyi açıqlamasında, İŞİD terrorçularının İraq torpaqlarına daxil olmağa çalışarkən hədəfə aldıqlarını bildirib. O, zərərsizləşdirilən terrorçuların arasında İŞİD-in hərbi naziri İmad Hərəm Məhəmmədi və Əbubəkr Əl-Bağdadinin müavini Səccad Əli Hüseyn Həsnəvinin də olduğunu bildirib.
 
İraqın Ordu Komandanlığının İnformasiya Mərkəzi də dekabrın 11-də İraqın döyüş təyyarələrinin İŞİD-in Deyr Əz-Zordakı mövqelərini hədəfə alaraq, bəzi terrorçuları zərərsizləşdirdiyini bildirmişdi.
 
İraq ordusu Dəməşq rəhbərliyi ilə əməliyyatları koordinasiya edərək Suriya ərazisindəki İŞİD hədəflərini vurur.
 

Google+ WhatsApp ok.ru