İraq ordusu Tikrit şəhərini azad edib

İraq ordusunun nizami hissələri könüllülərinin dəstəyi ilə keçmiş İraq diktatoru Səddam Hüseynin doğma şəhəri Tikriti terror təşkilatı olan İŞİD quldurlarından azad ediblər.

Əməliyyatın uğurla həyata keçirilməsində həlledici rolu havadan hücum helikopterlərin dəstəyi olub. Düşmən Tiqr çayından şərqə doğru atılıb.

İraq hərbi komandanlığının nümayəndəsi Qasım Ətta mətbuat üçün bəyanatında bildirib ki, əməliyyat nəticəsində Tikrit şəhərinin yaxınlığındakı Əluca yaşayış məntəqəsi də azad edilib.

Google+ WhatsApp ok.ru