İraq ordusu Tikriti almaq üçün əməliyyat başlatdı

İraq ordusunun Salahaddin vilayətinin mərkəzi olan Tikriti İŞİD terrorçularından geri almaq üçün havadan  dəstəklə əməliyyat başlatdığı bildirilir. 
 
Maide.az-ın məlumatına görə, Samarra Əməliyyatlar Komandirliyinin podpolkovniki Məhəmməd Xalid bildirib ki, ordu cənub və qərbdən Tikritə doğru irəliləməyə başlayıb. Xalid cənubda Tikrit Təhsil Xəstəxanasının nəzarətini ələ keçərən ordu güclərinin qərbdə də Dəyyum məhəlləsindən Tikritə doğru irəlilədiyini bildirib.
 
Silahlı qruplara aid qərargahların havadan vurulduğunu deyən Xalid qarşıdurmaların davam etdiyini deyib.
 
Qeyd edək ki, Tikrit 12 iyunda İŞİD terrorçularının əlinə keçib.

Google+ WhatsApp ok.ru