İraq parlamenti: “Xarici əsgərlər artıq olkəni tərk etməlidir”

İraq parlamenti: “Xarici əsgərlər artıq olkəni tərk etməlidir”

-- Parlament hökuməti xarici əsgərlərin geri çəkilməsi üçün bir proqram hazırlamasına səsləyir

İraq parlamenti İŞİD ilə mübarizədə kömək üçün ölkəyə gələn xarici əsgərlərin ölkədən çıxarılması məsələsində hökumətin bir vaxt təyin etməsini tələb edib.
 
Maide.Az "deyerler.org"-a isitnadən xəbər verir ki,İraq parlamentinin spikerinin ofisindən verilən açıqlamada belə qeyd olunub: “İraq parlamenti İŞİD qarşı mübarizəsində İraqı dəstəkləyən bütün ölkələrə minnətdarlığını bildirir və hökuməti xarici əsgərlərin geri çəkilməsi üçün bir proqram hazırlamasına səsləyir”.
 
İqtidarda olan koalisiyanın deputatlarından Huşam Əl-Suhail isə Reuters-ə açıqlamasında belə deyib: “Parlament İŞİD-in məğlub edilməsinə dəstək verən bütün dost ölkələrə təşəkkür edilməsi və eyni zamanda hökumətin xarici əsgərlərin geri çəkilməsi üçün vaxtın təyin edilməsi barədə bir qərar qəbul edib. Burada onlara daha nə qədər ehtiyacımız olduğuna hökumət qərar verəcək. Bir il, iki il, onlardan asılıdır”.
 
Qeyd edək ki, ABŞ Suriya və İraqda İŞİD ilə mübarizə aparmaq üçün 2014-cü ildə 74 ölkənin iştirak etdiyi beynəlxalq koalisiya yaratmış və bu çərçivədə ölkəyə minlərlə əsgər yerləşdirilmişdi.
 

Google+ WhatsApp ok.ru